May 18 2020 14:06
Elshad Aliyev
Views: 51

Moskva vilayətində 16 tibb işçisi yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva vilayətinin Səhiyyə naziri Svetlana Striqunkova bildirib.

O qeyd edib, Moskva vilayətində COVID-19-a yoluxan tibb işçilərinin sayı 2 min nəfərə yaxındır.

Xatırladaq ki, Moskva vilayəti Rusiya regionları arasında koronavirusa yoluxma sayına görə paytaxt Moskvadan sonra ikinci yerdədir. Bu günə olan rəsmi statistikaya görə, Moskva vilayətində koronavirusa 27 mindən çox yoluxma halı qeydə alınıb, xəstəlikdən ölənlərin sayı isə 268 nəfərdir.


Create Account



Log In Your Account