Jun 22 2021 18:00
Elshad Aliyev
Views: 142

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Moskva merinin müavini Anastasiya Rakova “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Əlbəttə ki, yoluxmada bu cür artımın hər zaman kompleks səbəbləri olur. Bu səbəblər vətəndaşların təhlükəsizlik qaydalarına diqqətsiz yanaşması, ilk növbədə qoruyucu tibbi maska taxmaması və vaksinasiyanın aşağı olmasıdır. Əlbəttə ki, səbəblərdən biri də bizə “Hindistan ştammı”nın gəlməsidir”, - deyə Moskva merinin müavini vurğulayıb.


Create Account



Log In Your Account