Mar 06 2020 10:36
Elshad Aliyev
Views: 45

Moskvada koronavirusun yayılması ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, Moskva meri Sergey Sobyanin koronavirusun yayılması ilə əlaqədar Rusiya paytaxtında yüksək səviyyədə hazırlıq rejiminin tətbiq edildiyini elan edib.

Moskva meri şəhər sakinlərinə müraciət edərək bildirib ki, ictimai yerlərdə, nəqliyyatda, müəssisə və təşkilatlarda profilaktik tədbirlər gücləndiriləcək, epidemioloji vəziyyət gərgin olan ölkələrdən gələnlər 14 gün ərzində karantin dövrünü evlərində keçirəcəklər. İdarə və müəssisələrdə iş yerlərində olanların hərarətinin hər gün ölçülməsi barədə də tapşırıq verilib. S.Sobyanin qeyd edib ki, görülən tədbirlərə baxmayaraq, Moskvada virusa yoluxanlar aşkar edilir. Bundan əlavə, Çinin Uxan şəhərinin nümunəsində Moskvada da hazır konstruksiyalardan müvəqqəti infeksion korpus tikilməsi qərara alınıb.

Hazırda Rusiyada 7 koronavirusa yoluxma halı barədə məlumat verilib. Onlardan biri Moskvada aşkarlanıb.


Create Account



Log In Your Account