Nov 18 2019 13:23
Elshad Aliyev
Views: 27

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin Rusiya Dövlət Dumasının təşkilatçılığı ilə “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyalar və blokların qarşılıqlı əlaqələrinin rolu” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 18-dən 23-dək Moskvada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransdan sonra deputat Moskvada keçiriləcək 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumuna qatılacaq.


Create Account



Log In Your Account