Mar 05 2020 15:54
Elshad Aliyev
Views: 85

Moskvada Rusiya Prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

APA-nın yerli bürosunun CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, görüşdən əvvəl V. Putin Suriyada şəhid olan türk əsgərləri ilə bağlı başsağlığı verib.

Rusiya Prezidenti Suriyada baş verənlərin Türkiyə-Rusiya əlaqələrini zədələməməsi üçün danışıqların zəruriliyinə toxunub.  

Türkiyə Prezidenti isə qeyd edib ki, bütün dünyanın gözü Moskvadadır: “Bu gün burada qəbul edəcəyimiz doğru qərarlar regionu da, ölkələrimizi də rahatladacaq”.


Create Account



Log In Your Account