Jan 14 2017 17:00
Ulviyye Sabirqizi
Views: 1541

İŞİD terror qruplaşmasının nəzarətində olan İraqın Mosul şəhərinin Əl-Cadila rayonu bombalanıb.

CBC “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində təxminən 30 yerli sakin həlak olub.

Şahidlərin sözlərinə görə, azı 3 raket atılıb. Hədəf isə İŞİD-in liderlərindən biri olan Harbi Abdel Qaderin evi olub. Terror təşkilatının lideri evində olmasa da, qohumlarından bir neçəsi ölüb.

Qeyd edək ki, Mosul əməliyyatı 2016-cı il oktyabrın 17-də başlayıb.

 


Create Account



Log In Your Account