BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR
Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Miqrasiya Xidmətindən CBC-yə verilən məlumata görə, bütün ölkə ərazisində olduğu kimi qurumda da xidməti fəaliyyətini yerinə yetirən Xidmət əməkdaşları tərəfindən Silahlı Qüvvələrimizin şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçusunun əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.
Qarabağ Azərbaycandır!