Jan 19 2017 16:43
Ulviyye Sabirqizi
Views: 1868

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev 2018-ci ildə İsveçdə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

Bu barədə Emil Mirzəyev CBC-yə açıqlamasında bildirib.

Onun adı 2017-ci ilin dekabr ayında təsdiq olunacaq Demokratlar Partiyasının proporsional seçki siyahısına daxil edilib.

"2018-ci ildə İsveçdə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyəm. Parlamentdə bir azərbaycanlı təmsil olunmalıdır ki, sözümüz keçsin. 2014-cü il parlament seçkilərində adım partiyanın ehtiyat namizədləri siyahısında olub. Əsas məqsədim millət vəkili seçilmək, İsveçdə Azərbaycanın və azərbaycanlıların maraqlarını təmsil etməkdir” – deyə, E. Mirzəyev vurğulayıb.

Qeyd edək ki, E.Mirzəyev 2004-cü ildən İsveçdə yaşayır, 2007-ci ildən isə İsveç vətəndaşlığını qəbul edib. O, 2010-cu ildən İsveç Azərbaycanlıları Konqresinin sədri vəzifəsində çalışır.

 


Create Account



Log In Your Account