Apr 25 2020 12:42
Elshad Aliyev
Views: 290

İlin sonunadək sığorta şirkətlərinə requlyativ yumşalmalar tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Məlumata görə, pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir etməkdədir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.

Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində sentyabrın 30-na kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilib. Karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcək.


Create Account



Log In Your Account