Feb 01 2019 15:41
Naile Hesenova
Views: 113

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdı.

 

 


Create Account



Log In Your Account