Jul 26 2019 15:28
Ferah Sabirqizi
Views: 65

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25 %-ə endirilməsi haqda qərar qəbul edib.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% səviyyəsində müəyyən edilib. 

Bu qərar 26 iyul 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-cu il sentyabrın 13-də ictimaiyyətə təqdim ediləcək.


Create Account



Log In Your Account