Apr 28 2020 13:40
Elshad Aliyev
Views: 394

Yeni Azərbaycan Partiyasının (YAP) müşahidəçi üzv olduğu və sıx əməkdaşlıq etdiyi Mərkəzçi Demokrat İnternasionalı (MDİ) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, bəyanatda heç bir ölkənin Dağlıq Qarabağı dövlət kimi tanımadığı, bu səbəbdən də bölgədə keçirilən qanunsuz seçkilərin regionda uzun müddət davam edən münaqişənin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə töhfə vermədiyi qeyd olunur.

“MDİ beynəlxalq hüquq prinsiplərinə və normalarına dəstəyinə və sadiqliyinə əsaslanaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyir. MDİ ATƏT-in Minsk qrupu həmsədrlərinin müvafiq bəyanatına qoşularaq bu “seçkilər”in nəticələrini tanımır”, - deyə bəyanatda vurğulanır. Həmçinin bildirilir ki, təşkilat bu həssas məsələ ilə bağlı Avropa İttifaqının kəskin mövqeyini paylaşır.

Sonda isə MDİ-nin münaqişənin tez bir zamanda sülh yolu ilə dayanıqlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun səylərinə dəstəyi vurğulanır.


Create Account



Log In Your Account