Feb 26 2020 13:50
Elshad Aliyev
Views: 35

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Xocalı: XX əsrin soyqırımı” adlı sərgi təşkil olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Xocalı soyqırımı və Azərbaycan xalqının başına gətirilmiş faciələrdən müxtəlif dillərdə bəhs edən nəşrlər yer alıb. Sərgidə “Xocalı - qan yaddaşı”, “Qarabağ gündəliyi”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı şahidləri danışır”, “Erməni cinayətləri”, “Qarabağ irsimizin əbədi yaddaşı”, “Azərbaycan faciələrinin tarixi”, “Xocalı soyqırımı – milyon imza, bir tələb”, “Xocalı soyqırımı: sənədlər, faktlarda və xarici mətbuatda”, “Xocalı yaddaşı” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgidəki kitablar MEK-in elektron kataloqunda əks olunaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.


Create Account



Log In Your Account