Dec 04 2019 10:22
Elshad Aliyev
Views: 347

Mərkəzi Gömrük Hospitalı “SOCAR Polymer” şirkətinin “təcili tibbi yardım xidməti”-nin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi olub. Tenderin şərtlərinə görə Mərkəzi Gömrük Hospitalının beynəlxalq protokollara uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş ambulansı və yüksəkixtisaslı təcili yardım həkimləri kimya sənayesinin region üzrə lideri olan “SOCAR Polymer” şirkətinin əməkdaşlarına sutkada 24 saat təcili tibbi yardım xidməti göstərəcək.

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa hospitalın ambulansı tibbi təxiyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

Əhalinin nəzərinə: Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım xidmətinə 905 telefon nömrəsi vasitəsi ilə 7/24 rejimində müraciət etmək mümkündür.


Create Account



Log In Your Account