Jun 07 2021 09:58
Elshad Aliyev
Views: 86

Çimərlik güləşi üzrə millimiz məşqləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, yay mövsümü başladığı üçün yığmamız artıq açıq havada hazırlıq prosesini bərpa edib. Soyuq hava şəraitində Olimpiya Güləş Mərkəzində yerləşən çiimərlik güləşi zalında məşqlər keçirilirdisə, artıq qarşıdan gələn yarışlara dəniz kənarında hazırlaşmaq imkanı yaranıb.

Novxanı çimərliyində növbəti belə məşqlərdən biri baş tutub. Millimizin baş məşqçisi Oyan Nəzəriani və gənclərdən ibarət yığmamızın məşqçisi Əşrəf Əliyevin rəhbərliyi altında reallaşan hazırlıq prosesində yoxlama görüşləri də keçirilib.

Qeyd edək ki, çimərlik güləşi üzrə komandamızın üzvləri üçün mövsüm gələn ay start götürəcək. Güləşçilərimiz iyulun 16-17-də Fransada təşkil ediləcək Dünya Seriyasının ilk mərhələsində ölkəmizi təmsil edəcəklər.

 


Create Account



Log In Your Account