May 18 2020 18:05
Elshad Aliyev
Views: 138

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çimərliklərə bağlı komissiyanın yaradıldığını və qaydaların hazırlandığını bildirib.

AZƏRTAC xəbər verir ki, Eldar Əzizov hər yerdə sosial məsafə saxlamağın vacibliyini qeyd edib. O deyib ki, bununla bağlı bəzi elektron sistemlərdən istifadə olunacaq. Vətəndaş evdən çıxmamışdan əvvəl yer sifariş edə bilər. Müvafiq proqram hazırlanır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə əlavə edib ki, turizmlə bağlı qaydalar və təlimatlar var. Məsafənin qorunması və digər məlumatlar yazılı şəkildə asılacaq. Konkret şəxslər olacaq ki, qaydalara əməl olunmasına nəzarət edəcəklər. Çimərliklərin özlərinin spesifik qaydaları da ola bilər.


Create Account



Log In Your Account