Mar 23 2020 15:42
Elshad Aliyev
Views: 89

Misir ordusunun generalı Xalid Şəltut Silahlı Qüvvələrin hissələrinin paytaxt Qahirədə apardığı dezinfeksiya işlərinə nəzarət edərkən koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, xəstəxanada vəfat edən general-mayor bütün ölkədə dezinfeksiya işlərinin aparılmasına rəhbərlik edirdi. Misir Müdafiə Nazirliyinin mətbuat katibi Tamer əl-Rəfai də onun nəzarəti ilə Tahrir meydanındakı metro stansiyasında görülən tədbirləri sosial mediada paylaşmışdı.

Misir Silahlı Qüvvələrinin komandanlığı general-mayor Xalid Şəltutun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.


Create Account



Log In Your Account