Apr 27 2020 14:38
Elshad Aliyev
Views: 67

Misirin “Aldiplomacy” qəzeti Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Sammitinin çağırılmasından yazıb. Qeyd edək ki, Misir Ərəb Respublikası bu Hərəkatın əsasını qoyan ölkələrdən biridir və onun fəaliyyətində yaxından iştirak edir. Sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirak edəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, nəşrin saytında yerləşdirilmiş məqalədə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcəyi bildirilir.

Qeyd olunur ki, Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək.


Create Account



Log In Your Account