Aug 06 2020 17:44
Elshad Aliyev
Views: 137

Misirin Qırmızı dəniz sahillərindəki Quna hava limanına eniş edən kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, idman klubuna məxsus olan ikinəfərlik şəxsi təyyarə sınaq uçuşu keçirib. Pilot enmə əməliyyatını yerinə yetirən zaman aeroplan yerə çırpılıb. Pilotla yanaşı, göyərtədəki sərnişin də həlak olub.

Qəza ilə bağlı Misir Prokurorluğu və Mülki Aviasiya Nazirliyi tərəfindən təhqiqat aparılır.


Create Account



Log In Your Account