Jun 11 2021 14:51
Elshad Aliyev
Views: 90

Müharibə bitib, amma humanizm prinsiplərini təbliğ edən sivil dünyanın gözləri önündə mülki azərbaycanlılar öz torpaqlarında həlak olurlar. Ermənistan beynəlxalq aləmin susqunluğu şəraitində müsəlman azərbaycanlılara qarşı cinayətlərini davam etdirir. Sivil dünya AZƏRTAC-ın və Azərbaycan Televiziyasının əməkdaşlarının Kəlbəcərdə minaya düşərək həlak olmalarına biganə qalmamalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Asiaelyom” informasiya agentliyinin baş redaktoru, tədqiqatçı-jurnalist Əbubəkir Əl-Məcdin agentliyin saytında və “Rayetmısr” portalında dərc olunmuş məqaləsində yer alıb.

Müəllif yazır: “İki həmkarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında basdırdığı və bu günədək xəritələrini verməkdən imtina etdiyi minaların qurbanı oldu. Daha iki ruh öz torpaqlarını azad edən şəhid azərbaycanlı əsgərlərin müqəddəs ruhlarına qovuşdu. “Silahları” jurnalist qələmi və videokamera olan, ermənilərin işğalı zamanı vəhşicəsinə dağıdılmış yaşayış məntəqələrini lentə alan peşəkar media nümayəndələri uzun illərdir davam edən erməni təxribatının növbəti dinc qurbanları oldular. İşğaldan azad edilmiş ərazilərdə qan tökülməsi davam edir və dünya buna susur. Dünya mətbuatı bu hadisəni bir neçə cümlə ilə yaydı; “azərbaycanlı jurnalistlər minaya düşərək həlak olublar”. Amma bunun arxasındakı faciəni dərk etmək lazımdır”.

Beynəlxalq ictimaiyyətin Ermənistanın davam edən təxribatlarına biganə qalmasını qınayan müəllif qeyd edir: “Demokratiya carçısı olan ölkələr öz mənafeləri naminə hərəkət edirlər. Onlar müxtəlif dövlətlərdə insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar səsləndirir, hesabatlar hazırlayır, bundan təzyiq aləti kimi istifadə edirlər. Belə olan halda, yüksək humanizm prinsiplərindən ağız dolusu danışan bu ölkələr, habelə təşkilatlar Ermənistana niyə təzyiq göstərmir, ondan dinc əhalinin həlak olmasına səbəb olan minalanmış ərazilərin xəritələrini niyə tələb etmirlər? Erməni xislətinə, bu qəddar faşistlərin ümumi xarakterinə əsaslanaraq deyə bilərik ki, həmin ərazilərdə basdırılmış minaların sayı xeyli çoxdur. Nəzərə almaq lazımdır ki, qana susamış Ermənistanın bu əməlləri yeni faciələrə səbəb olur”.

Ermənistanın sərhəddə də təxribatları davam etdirdiyini diqqətə çatdıran Əl-Məcd vurğulayır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş qüdrətli Azərbaycan Ordusu istənilən an düşmənə sərt və layiqli cavab verə bilər.


Create Account



Log In Your Account