Feb 26 2020 12:19
Elshad Aliyev
Views: 40

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, siyasi xadim, Benha Universitetinin professoru Əbdül Rəhman Saad bildirib ki, Azərbaycanın haqq səsini misirli gənclər arasında yaymaq üçün Misirin Gənclər Nazirliyi tərəfindən səylər göstərilir.

Misirli siyasətçi AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost Azərbaycan xalqının ədalətli mövqeyini təbliğ etmək üçün Qahirədəki azərbaycanlı gənclər, Misirin ictimai-siyasi xadimləri və parlamentarilər arasında iş aparılır. Xocalı soyqırımı kimi bəşər tarixinin ən vəhşi cinayətlərindən biri də geniş ictimaiyyətə çatdırılır".

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iki ölkənin siyasətçiləri, xalqlarımız arasında əməkdaşlığa kömək etmək məqsədilə 2012-ci ildə yaradıldığını diqqətə çatdıran Rəhman Saad qeyd edib ki, dost ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsində qanunverici orqanların üzərinə böyük vəzifələr düşür.


Create Account



Log In Your Account