Mar 16 2020 14:29
Elshad Aliyev
Views: 40

Bu ilin yanvar-fevral aylarında əmtəəlik təbii qaz istehsalı 19 faizdən çox artıb.

AZƏRTAC xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən iki ayda 7,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,7 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı 19,1 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz, neft məhsullarının istehsalı isə 11,3 faiz çoxalıb.

 


Create Account



Log In Your Account