Feb 25 2021 17:46
Elshad Aliyev
Views: 63

Daha yüksək yoluxma qabiliyyəti ilə fərqlənən Böyük Britaniyada aşkar edilən VOC 202012/01 koronavirus ştammı son bir həftə ərzində daha yeddi dövlətdə qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Sənəddə deyilir ki, ÜST-nin altı regionunun hamısında 101 dövlət bu ştammın qeydə alındığını bildirib.

İlk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkar edilən koronavirusun digər ştammı (501Y.V2) da yayılma coğrafiyasını genişləndirib. Ötən həftə ərzində o, daha beş dövlətdə aşkar edilib, onların ümumi sayı 51-ə çatır. ÜST, bu ştammda baş verən mutasiyaların virusun immunitet sisteminin reaksiyasından qaçmasına kömək etdiyini vurğulayıb. Beləliklə, bu ştamm artıq COVID-19-dan sağalan və ya vaksinasiya prosedurundan keçənlər üçün də təhlükəlidir.

Yaponiya və Braziliyada aşkar edilən ştamm daha səkkiz ölkədə aşkar edilib. Hazırda bu ştamm 29 dövlətdə qeydə alınıb.

Azərbaycanda koronavirusun yeni ştammları qeydə alınmayıb.

 


Create Account



Log In Your Account