May 05 2020 18:12
Elshad Aliyev
Views: 132

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalı işıq üzü görüb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, ildə iki dəfə - aprel və oktaybr aylarında ingilis dilində nəşr olunacaq jurnalın saytı (bimc-ijm.com) da artıq fəaliyyətə başlayıb. Bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalın ilk nömrəsi BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin yazdığı ön sözlə başlayır. Elmi nəşrdə Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun və bu sahədə bir çox digər xarici araşdırmaçı-alimlərin multikulturalizm mövzusunda məqalələri yer alıb. Qeyd edək ki, jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalın PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilib.


Create Account



Log In Your Account