May 06 2021 16:59
Elshad Aliyev
Views: 134

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) rəhbərliyi, şura sədri və müavinlərinin iştirakı ilə onlayn formatda görüşü keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə və təşkilatın region üzrə sədr müavinlərinin iştirak etdiyi tədbirdə təşkilatın 2021-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyasının 84-cü və şuranın 138-ci sessiyalarının gündəliyi, iclasın formatı barədə müzakirələr aparılıb.

Görüşdə təşkilatın Avropa regionuna rəhbərlik edən Dövlət Gömrük Komitəsini Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib. İ.Hüseynov ÜGT-nin Avropa regionu üzv dövlətlərinin gömrük orqanları arasındakı əməkdaşlıq məsələləri və sessiyalara hazırlıq prosesində görülən işlərdən danışıb, eləcə də sessiyaların gündəliyi ilə bağlı fikirlərini bildirib.

Xatırladaq ki, ÜGT-nin Siyasi Komissiyasının 84-cü sessiyası iyunun 21-23-də, şuranın 138-ci sessiyası isə iyunun 24-26-da onlayn formatda keçiriləcək.


Create Account



Log In Your Account