May 20 2021 12:01
Elshad Aliyev
Views: 145

Hər il iyunun 7-də qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Günü bu il diqqəti qida təhlükəsizliyi mövzusuna cəlb etmək üçün “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində "Qida təhlükəsizliyinin təmin olunması hər kəsin işidir" mövzusunda çap materialı hazırlanaraq respublika üzrə qida zənciri boyu fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərində yerləşdirilir. Çap materialında qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflərin məsuliyyəti və üzərlərinə düşən vəzifələr əks olunub.

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il dekabrın 20-də çıxardığı qərarla ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə əlaqədar istənilən xoşagəlməz hadisələrin sağlamlığa, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.


Create Account



Log In Your Account