May 18 2020 14:52
Elshad Aliyev
Views: 47

Mayın 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, gözlənildiyi kimi, virtual məkanda baş tutan ikigünlük sessiyanın əsas mövzusu koronavirus pandemiyasıdır.

ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus bu sessiyanı təşkilatın yarandığı 1948-ci ildən bəri ən mühüm toplantılardan biri kimi səciyyələndirib. 194 üzv ölkəni öz sıralarında birləşdirən beynəlxalq təşkilatın illik toplantısında yeni növ koronavirusa qarşı dərman preparatları və peyvənd maddələri ilə bağlı tədqiqatların vəziyyəti, pandemiyaya qarşı qlobal cavablar, səhiyyə sistemi zəif inkişaf etmiş ölkələrə yardım və digər məsələlər müzakirə edilir.


Create Account



Log In Your Account