Jul 10 2020 16:56
Elshad Aliyev
Views: 137

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu yeni növ koronavirusun mənşəyini öyrənmək üçün Çinə yola düşüb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Qrupun tərkibinə epidemioloq və zooloqların da daxil olduğu bildirilir.

İyulun 8-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Gebreyesus Çinə səfər edəcək ekspertlər qrupunun əsas vəzifəsinin təşkilatın rəhbərlik etdiyi beynəlxalq missiya üçün iş planı hazırlamaq olduğunu deyib. Ekspertlər virusun heyvan mənşəyi barədə araşdırma aparacaq və onun heyvanlardan insanlara necə keçdiyini müəyyən edəcəklər.

 


Create Account



Log In Your Account