Mar 18 2021 11:14
Elshad Aliyev
Views: 164

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin Sağlamlıq üçün həmrəylik təşəbbüsü layihəsi çərçivəsində “İnfeksiyaların profilaktikası və nəzarət” üzrə onlayn seminarı keçirilib.

Seminarda iştirak edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, dosent Nigar Mütəlibova institutun əməkdaşlarının COVİD-19 infeksiyasına qarşı mübarizədə iştirakı haqqında məlumat verib.

O, ötən il martın 14-dən aprelin 20-nə kimi mikrobiologiya və epidemiologiya kafedrasında 384 həkim, 529 tibb bacısı , apreldə terapiya, ailə təbabəti, yoluxucu xəstəliklər kafedrasının əməkdaşları tərəfindən 820 həkim və 510 orta tibb işçisi, iyunun 25-dən 30-na kimi Bakının 79 poliklinikasından 2100 həkim və orta tibb işçisi üçün COVID-19 infeksiyasına qarşı əks-epidemik tədbirlər, xəstələrə evdə qulluq haqqında onlayn təlimlər təşkil edildiyini bildirib. Qeyd olunub ki, PROACT layihəsi çərçivəsində institutun ayrı-ayrı kafedralarında COVID-19-la əlaqədar təşkil edilən mühazirə və seminarlar indi də davam edir.

Seminarda Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən hazırlanmış COVID-19 infeksiyası zamanı infeksiyalara nəzarət və profilaktikaya aid geniş sorğuda tibb işçilərinin infeksion nəzarət haqqında biliklərinin artırılması məsələləri ilə əlaqədar suallara cavab verilib. Suallar COVID-19 infeksiyası zamanı infeksiyalara nəzarət və profilaktika mövzusunun həkimlərə və orta tibb işçilərinə davamlı tibbi təhsil çərçivəsində əyani və distant şəkildə aparılması haqqında, milli tədris proqramında həmin mövzuların mövcudluğu, tədrisin effektivliyinin monitorinq sistemi, simulyasion texnologiyaların, multimodal strategiyaların tətbiqi və s. mövzuları əhatə edib.


Create Account



Log In Your Account