Jan 26 2018 17:28
Naile Hesenova
Views: 372

Bu arxiv materialları xalq artisti, dahi pianoçu Çingiz Sadıxova aiddir. Bu yaxınlarda Bakıda dəfn edilən mərhum musiqiçinin şəxsi kolleksiyasında 100-dən artıq müxtəlif parça - fotoşəkillər, fəxri fərmanlar, Çingiz Sadıxov haqqında məqalələrin dərc olunduğu qəzet və jurnallar, hətta öz qələmindən çıxan yazılar, təşəkkür məktubları, afişalar, çıxış etdiyi kosert proqramlarının cədvəli və s. öz əksini tapıb.

İstedadlı pianoçu həm solo çıxışları, həm də əvəzsiz müşayiət partiyaları ilə yadda qalıb. Fotoşəkillər Çingiz Sadıxovun müşayiət etdiyi məşhur vokalçılar, elm xadimləri ilə təkcə səhnəni deyil, həm də qəlbini paylaşdığının əyani sübutudur. Onun haqqında dərc olunan məqalələrdə isə musiqiçinin fitri istedadı dəfələrlə vurğulanır, ayaqüstə alqışlanan çıxışlarından danışılır... Məsələn, bu fotoşəklin çəkildiyi konsert proqramı haqqında müəllif yazır: Çingiz Sadıxovun ifasında Bethovenin "Appasionata" əsəri səsləndi, onun çıxışı tamaşaçıların böyük rəğbətini qazandı... Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın sözlərinə görə, bu qəzet parçasının özünəməxsus tarixçəsi var.

İstedadlı pianoçu Çingiz Sadıxov müxtəlif vaxtlarda Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib. Bu  vəsiqə isə Çingiz Sadıxovun Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında professor vəzifəsində çalışdığını təsdiqləyir. Arxiv materialları arasında Çingiz Sadıxovun özünün yazdığı məqaləyə də rast gəldik. Məqalə "The show must go on", yəni "Şou davam etməlidir" adlanır. İfaçı  burada uzun illər müşayiət etdiyi Azərbaycanlı musiqiçilər barədə xatirələrini bölüşür...

 


Create Account



Log In Your Account