Apr 20 2020 14:00
Elshad Aliyev
Views: 89

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) yeni layihəyə start verilib.

MATM-dan AZƏRTAC-a bildirilib ki, “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” adlı layihənin rəhbəri Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır. Layihənin iştirakçıları - Bakı şəhər Azər Namazov adına 180 və 322 nömrəli tam orta məktəblərin şagirdləri - Nərmin Tağızadə, Əminə Mehdili, Fatimə İsrafilli, Zəngilan rayon 29 və 32 nömrəli tam orta məktəblərin şagirdləri - Nərmin Əsgərli, Aysun Mirzəyeva, Füzuli rayon 1 nömrəli tam orta məktəbin şagirdi Fidan Süleymanlıdır.

Layihənin məqsədi məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə yardım etmək və yenilik qatmaqdır. Layihənin təşkilində Zəngilan rayon 29 nömrəli tam orta məktəbin tarix müəllimi Günay İbrahimova da iştirak edib.


Create Account



Log In Your Account