Dec 16 2016 17:42
Ferah Sabirqizi
Views: 1155

Milli Azərbaycan Tarixi Muzeyində bərpaya ehtiyacı olan eksponatlar daim diqqət mərkəzində saxlanılır və mütəmadi olaraq Muzeyin “Bərpa laboratoriyası” tərəfindən bərpa edilir.

CBC xəbər verir ki, belə eksponatlardan biri də “Silahlar və bayraqlar fondu”nda mühafizə olunan barıt qabı olub. Bərpadan öncə barıt qabı bərpaçı-rəssam Tural Nəbiyev tərəfindən ətraflı şəkildə analiz edilmiş, daha sonra gümüşdən olan hissə qaralmadan, metal hissə isə pas təbəqəsindən təmizlənmiş və qoruyucu təbəqə ilə örtülüb. 

Bərpadan sonra barıt qabının üzərində qeyd olunmuş “Кавказъ 1857 года” sözləri daha oxunaqlı görünüş almışdır. Bu da öz növbəsində eksponatın həm dövrü, həm də hazırlandığı yer haqqında ilkin məlumat almağa imkan verir. 

 


Create Account



Log In Your Account