May 08 2020 14:03
Elshad Aliyev
Views: 58

AMEA Hüseyn Cavidin ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə sərgi təşkil edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotolar, “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və digər kitablar nümayiş olunur. Eyni zamanda, muzeyin rəsmi saytında və “Facebook” səhifəsində Ulu Öndərə həsr edilmiş videoçarx yerləşdirilib.

Qeyd edək ki, bu il muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasını yenidən nəşrə hazırlayır. Monoqrafiyada Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur.


Create Account



Log In Your Account