Apr 13 2020 13:07
Elshad Aliyev
Views: 147

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başlatdıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

Layihə çərçivəsində növbəti səyahət dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeyi -Azərbaycan Milli Xalça Muzeyinə olub. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir sənət nümunələri və milli irsimiz olan xalçalar nümayiş etdirilib.


Create Account



Log In Your Account