Mar 02 2020 15:18
Elshad Aliyev
Views: 43

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Türkiyəyə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, həmsədrlərlə və A.Kaspşiklə görüş zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməyə çağırıb. Bildirib ki, bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır.

 


Create Account



Log In Your Account