Feb 23 2018 12:06
Ferah Sabirqizi
Views: 541

Nizami Kino Mərkəzi  daha bir türk dramı olan “Hadi be oglum” filmini təqdim edir. Rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum”un sezonun ən baxımlı filmi olacağı gözlənilir. Ekran əsərinin yaş həddi 14+.

Filmin süjetinə gəlincə, balıqçı Ali həyatını oğlu Efeye  həsr edib. Efe başqa uşaqlardan fərqlidir. Ətrafdakılarla münasibət qurmaqda əziyyət çəkən  Efe, atası ilə də bu problemi yaşayır. Alinin ən böyük istəyi, oğlunun onu anladığını  bilməsidir. Valideynlərinin və  sevdiyi qadının acı xatirələrini daşıyan Alinin, oğluna duyduğu sevgisi ikisinin də həyatını işıqlandıracaq.   

Ata və oğul hekayəsinin baş qəhrəmanlarını - balıqçı Ali obrazını Türkiyənin ən populyar aktyoru Kıvanc Tatlıtuğ, Efe obrazını Alihan Terkdemir canlandırıb. Filmdə, həmçinin aktyorlar Büşra Develi və Yücel Erten de yer alıblar.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “Facebook” səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Create Account



Log In Your Account