Apr 23 2020 13:55
Elshad Aliyev
Views: 54

Çin COVID-19 koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün Dünya Səhiyyə Təşkilatına daha 30 milyon dollar ayırmaq barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çuninin “Twitter” səhifəsində yerləşdirilib.

“Çin Dünya Səhiyyə Təşkilatının COVID-19 infeksiyası ilə qlobal mübarizəsinə dəstək vermək, xüsusən inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinin inkişafı üçün əlavə olaraq daha 30 milyon dollar nağd pul ayırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Çin bundan öncə mart ayının 11-də Dünya Səhiyyə Təşkilatına 20 milyon dollar ayırmışdı.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda, demək olar, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.


Create Account



Log In Your Account