Mar 17 2020 16:40
Elshad Aliyev
Views: 115

Çin hakimiyyəti yeni tip koronovirusun (COVID-2019) səbəb olduğu xəstəliyə qarşı ilk peyvəndin klinik sınaqlarına icazə verib.

AZƏRTAC bu barədə Çinin Mərkəzi televiziyasına istinadla xəbər verir. “Dünən yerli vaxtla saat 20:18-də akademik Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu klinik sınaqlara icazə alıb”, - telekanalın məlumatında belə deyilir.

Son məlumatlara görə, Çində koronovirusa yoluxanların sayı 81 min 117 nəfərə, ölənlərin sayı isə 3 min 231 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində ölkədə 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Hubey əyalətində baş verib. Həmçinin indiyədək xəstəlikdən 68 min 679 nəfər sağalıb, 2 min 830 xəstənin vəziyyəti isə ağırdır.


Create Account



Log In Your Account