May 15 2020 17:03
Elshad Aliyev
Views: 175

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin Uxanda olduqları zaman spesifik laboratoriyalara baş çəkməsinə heç vaxt etiraz etməyib. AZƏRTAC xəbər verir ki, bunu Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmisi Li Mincu Pekində keçirilən mətbuat konfransında bəyan edib. ÜST ekspertlərinin Uxanda olarkən hər hansı spesifik laboratoriyaya baş çəkməklə bağlı müraciət etmədiklərini diqqətə çatdıran Li Mincu, bu baxımdan beynəlxalq ekspertlərin Uxandakı bəzi laboratoriyalara buraxılmaması məsələsində Çini günahlandırmağın düzgün olmadığını bildirib.

ABŞ rəsmilərinin guya Çin hökumətinin yanvarın 3-də virus nümunələrini məhv etmək barədə Uxandakı spesifik laboratoriyalara tapşırıq verməsi haqqında sualı cavablandıran Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin elm və təhsil departamentinin rəsmisi Liu Denfen deyib ki, bu məsələ kontekstdən çıxarılaraq şərh edilib. Bildirib ki, naməlum mənşəli sətəlcəm xəstəliyi ortaya çıxan günlərdə patogenin müəyyən edilməsi istiqamətində ilkin araşdırmalara başlanılıb. Komitə dərhal bəzi laboratoriyalara bu istiqamətdə iş aparmağı tapşırıb. Biotəhlükəsizliyi təmin etmək və nümunələrin sızmasının qarşısını almaq üçün naməlum sətəlcəmə səbəb olan patogeni 2-ci dərəcəli yüksək infeksion patogen kimi müəyyən edilib və onun toplanması, daşınması, elmi-tədqiqat və məhvinə olan tələblər aydın şəkildə müəyyən olunub. Yanvarın 3-də isə naməlum patogenin törədə biləcəyi bioloji ziyan barədə laboratoriyalara direktiv göndərilib.

Liu Denfen Çinin müvafiq peyvəndin, test dəstlərinin və dərmanın hazırlanması üçün COVID-19-un patogen mikrooqranizm ştammları barədə məlumatları bölüşməklə ÜST çərçivəsində beynəlxalq əməkdaşlığa həmişə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ daxil olmaqla bəzi ölkələrin rəsmiləri və kütləvi informasiya vasitələri COVID-19-un Uxan Virusologiya İnstitutunun biotəhlükəsizlik səviyyəsi 4 olan laboratoriyasından sızması və Çin hökumətinin beynəlxalq ictimaiyyətə virusun orijinal mənbəyi haqqında yanlış məlumatlar təqdim etməsi barədə mütəmadi olaraq iddialar səsləndirirlər. Çin tərəfi isə bu iddiaları qəti rədd edir.


Create Account



Log In Your Account