May 31 2021 12:04
Elshad Aliyev
Views: 113

Çində ailələrin 3 uşağa sahib olmasına icazə verilib.

APA-nın “Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Çin Xalq Respublikası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Si Cinpinin sədrliyi ilə keçən iclasından sonra qərar verilib.

Qərarın qüvvəyə minəcəyi tarix açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı ilə qədər Çində cütlüklərə yalnız 1 uşağın olmasına icazə verilib. 2016-cı ildə isə bu qərara dəyişiklik edilib və bu rəqəm 1-dən 2-yə qaldırılıb. Dünyanın ən çox əhalisinin olduğu Çində doğuşlarda dramatik azalma olduğu üçün bu dəyişikliyin edildiyi bildirilir.


Create Account



Log In Your Account