Apr 21 2020 12:32
Elshad Aliyev
Views: 84

Çin və Cənubi Koreya rəsmiləri Şimali Koreya lideri Kim Çen Inın əməliyyatdan sonra həyatının təhlükədə olması barədə yayılan xəbərə münasibət bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Seulda yerləşən və Şimali Koreya ilə bağlı məlumatlar dərc edən "Daily NK" saytı Şimali Koreyadan olan və adının çəkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb ki,

Kim Çen In aprelin 12-də ürək əməliyyatından bir neçə saat əvvəl xəstəxanaya gətirilib.

Saytın məlumatına görə, siqaret, piylənmə və həddən artıq işləməsi səbəbindən Şimali Koreya liderinin səhhətində hələ avqust ayından etibarən problemlər meydana çıxıb. 

Bildirilib ki, əməliyyatdan sonra Şimali Koreya lideri Kumqanq Dağı kurort rayonundakı villasında müalicəsini davam etdirir.

Cənubi Koreya hökumətinin iki rəsmi şəxsi Kim Çen Inın səhhətinin ağırlaşması barədə xəbəri təkzib ediblər. 

Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr İdarəsinin Şimali Koreya ilə əlaqəli rəsmisi də Kim Çen Inın səhhətinin ağırlaşmasına inanmadığını deyib.

Qeyd edək ki, Şimali Koreya liderinin səhhəti ilə əlaqədar məlumatlar ilk olaraq aprelin 15-də onun babası Kim İr Senin doğum gününə həsr olunmuş tədbirlərdə iştirak etməməsindən sonra ortaya çıxıb. CNN telekanalı məlumatlı mənbəyə istinad edərək Şimali Koreya liderinin ürək-damar əməliyyatından sonra ağır vəziyyətdə olması ilə bağlı xəbər yayıb.


Create Account



Log In Your Account