Mar 30 2021 12:04
Elshad Aliyev
Views: 125

Yaponiya Meteorologiya Agentliyi Çin və Monqolustan səhralarından gələn sarı qum buludunun ölkənin cənub-qərb rayonlarını ağuşuna alması barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, qərb küləyi tərəfindən gətirilən qum buludu martın 30-da artıq ölkənin şimal rayonlarına da çatıb. Bildirilir ki, həmin gün səhər saat 10-a olan məlumatlara görə Yamaquçi prefekturasının Şimonoseki və Şiqa prefekturasının Hikone şəhərlərində qum buludu görüntünün 3 kilometrədək azalmasına səbəb olub. Yaponiyanın qərbində yerləşən Fukuoka, Oiça və Kobe şəhərlərində isə görüntü 4 kilometrədək azalıb.

Agentliyin məlumatında qum buludunun Yaponiyanın qərbindən şimala doğru hərəkəti nəticəsində görüntünün 5 kilometrədək azalacağı gözlənilir. Bunun nəqliyyatın hərəkətində problemlər yaradacağı barədə xəbərdarlıq edən meteoroloqlar sürücüləri ehtiyatlı davranmağa və sayıq olmağa çağırırlar.


Create Account



Log In Your Account