Apr 23 2020 17:03
Elshad Aliyev
Views: 116

COVİD-19 pandemiyasının başlanmasından bəri, Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir, hansı ki bu hər iki ölkənin qarşılıqlı yardım və müdafiədə səmimi dostluğunu əks etdirir. Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Eləcədə Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri birgə dəf etməyə hazırdır. Tam inanırıq ki, cənab Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq.

CBC xəbər verir ki, cari ilin 2 aprel tarixində, Çin Azərbaycana epidemiyanın qarşısının alıması üçün lazım olan tibbi ləvazimatların ilk dəstəsini (5000 nəfərlik COVİD-19 infeksiyasının aşkarlayısı testi) verdi. Bu əsasda, Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tədarükünü davam etdirəcəkdir. Yuxarıda göstərilən мфышецдцк sürətli şəkildə hazırlanır və yaxın vaxtlarda Bakıya gələcəkdir.

Virusların sərhədləri yoxdur və onlar bəşəriyyətin ümumi düşmənidir. Çin Azərbaycan ilə sıx əlaqə saxlamağa, siyasi qarşılıqlı etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra, Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha parlaq gələcəyə gətirəcəklər.

 


Create Account



Log In Your Account