Feb 28 2020 13:42
Elshad Aliyev
Views: 59

Cümə axşamı günün sonuna olan vəziyyətə görə, ümumilikdə 36117 pasiyent koronavirusdan sağalaraq Çin xəstəxanalarından evə buraxılıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə İşləri üzrə Dövlət Komitəsi bu gün məlumat yayıb.

Komitədə bildiriblər ki, dünən hospitalı 3622 nəfər sağaldıqdan sonra tərk edib.

Fevralın 27-si günün sonunadək olan vəziyyətə görə Çində yeni növ koronavirusla 78824 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 2788 nəfər COVID-19 virusundan həyatını itirib.

 


Create Account



Log In Your Account