Mar 18 2020 10:49
Elshad Aliyev
Views: 34

Çin Xalq Respublikasının hökuməti öz vətəndaşlarına müraciət edərək, yeni növ koronavirusun (COVID-19) geniş yayıldğı ölkələrə səyahətlərdən çəkinməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Çin Mədəniyyət və Turizm Nazirliyi xaricə səyahət etmək istəyənlərə sağlamlıqla bağlı riskləri düzgün qiymətləndirməyi tövsiyə edib.

Nazirlik virusun ən çox yayıldığı və risklərin daha yüksək olduğu İtaliya, İran, İspaniya, Almaniya, Cənubi Koreya, Fransa, ABŞ, İsveçrə, Böyük Britaniya, Niderland, Norveç, Avstriya, Belçika, İsveç və Danimarkaya səfərləri təxirə salmağa çağırış edib.


Create Account



Log In Your Account