May 09 2020 11:36
Elshad Aliyev
Views: 379

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində polisin keçirdiyi tədbirlər vətəndaşlar tərəfindən rəğbət hissi ilə qarşılanır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları da mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparır, onları rejim qaydalarına riayət etməyə çağırırlar.

Asayiş keşikçiləri vətəndaşların sağlamlığına biganə qalmayaraq onlara tibbi maskaların paylanmasında da yaxından iştirak edirlər.


Create Account



Log In Your Account