Dec 24 2019 15:02
Elshad Aliyev
Views: 105

Qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərib. Aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Prezidentin qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı işlər görülür, bu sahəyə dövlət dəstəyi gücləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazir qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, yüksək iqtisadi artımın təmin olunması həyata keçirilən siyasətin əsas prioritetləridir. “Bu istiqamətdə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi qarşımızda duran əsas vəzifələrdən biridir”, - deyə İnam Kərimov bildirib.

Kənd Təsərrüfatı naziri əlavə edib ki, ən vacib prioritet istiqamətlərdən biri də aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır. Aqrar innovasiyalar hər zaman bütün dünyada ərzaq təhlükəsizliyinin təmin olunması üçün ən böyük alət sayılıb. Çünki innovasiyalar məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər. Ötən müddətdə imza atdığımız ən böyük innovasiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, kənd təsərrüfatında dronlardan istifadə, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin “Azərkosmos” vasitəsilə müəyyənləşməsidir. Bu gün ölkəmizdə Çin və türk texnologiyası əsasında pambıq becərilməsi həyata keçirilir. Aqrar sahəyə innovasiyaların tətbiqi, innovativ təşəbbüslərin dəstəklənməsi davam edəcək və Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.


Create Account



Log In Your Account