Jan 29 2017 11:18
Ferah Sabirqizi
Views: 1905

Kanadada məsciddə terror aktı baş verib. Silahlı hücum nəticəsində 5 nəfər həlak olub. 

Hadisə Kvebek şəhərindəki məscidlərin birində baş verib. Kvebek vilayətinin baş naziri Filip Kuyar bildirib ki, terror aktı axşam namazı vaxtı törədilib. Həmin vaxt məsciddə 40-dək adam olub.

Yerli KİV hücumda 3 terrorçunun iştirak  etdiyini bildirir. Artıq  hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi  saxlayıb.
  
Baş nazir F. Kuyar Kvebek parlamentinə vilayətin bayrağının endirilməsi ilə bağlı müraciət edib. Ölkənin baş naziri Castin Trüdo isə məsciddə baş verən terror aktını pisləyərək həlak olanların yaxınlarına başsağlığı verib.
 
Qeyd edək ki, 2016-cı ilin Ramazan ayında eyni məscidin qapısına donuz başı atılmışdı.

 


Create Account



Log In Your Account