May 22 2020 16:19
Elshad Aliyev
Views: 188

NATO nümayəndələri Açıq Səma Müqaviləsinin gələcəyini müzakirə edəcək. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə NATO rəsmisi bildirib.

"Xüsusilə, Rusiyanın müəyyən bölgələr üzərində uçuşları məhdudlaşdırmasından narahatıq. Müttəfiqlər müqavilənin gələcəyi ilə bağlı məsləhətləşmələri  davam etdirirlər və bu gün bu məsələni müzakirə etmək üçün NATO Əməkdaşlıq Şurası bir araya gələcək”, - deyə NATO rəsmisi deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib. O, Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini bildirib.


Create Account



Log In Your Account