Apr 24 2017 15:43
Naile Hesenova
Views: 582

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən 1-4 may 2017-ci il tarixində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar Konfransı"nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nümayəndə heyətinə energetika naziri Natiq Əliyev rəhbərlik edəcək.

Konfransda N.Əliyevin Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.

120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.

 


Create Account



Log In Your Account